Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Şamil Ayrım: "COP29 Azərbaycanın yaşıl iqtisadiyyata keçiddə nümunəvi ölkə olmasına töhfə verəcək"
Azərbaycanın paytaxtı Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə COP29 Konfransı öz işinə başlayıb. Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətini Oxu.Az-a şərh edərkən qurumun Azərbaycanın beynəlxalq aləmdə dəstək qazanmasına töhfə verə biləcəyini bildirib.
"COP29-un Bakıda keçirilməsi Azərbaycan üçün strateji imkan yaradacaq və ölkənin beynəlxalq aləmdə tanıdılmasına və imicinin möhkəmlənməsinə töhfə verəcək. Bu görüş Azərbaycanın iqlim dəyişikliyi və davamlı inkişaf sahəsində qətiyyətini nümayiş etdirmək imkanı verəcək. Bu, "yaşıl enerji" layihələri üçün dünya miqyasında dəstək qazanmağa kömək edə bilər", - Ş.Ayrım qeyd edib.
Ayrım COP29-un Bakının beynəlxalq səviyyədə mövqeyini gücləndirəcəyini və Azərbaycanın yaşıl iqtisadiyyata keçiddə nümunəvi ölkə ola biləcəyini vurğulayıb:
"Azərbaycanın son illərdə mühüm beynəlxalq görüşlərə ev sahibliyi etməsi ölkənin diplomatik nüfuzunu artırıb və Bakı özünü regional lider kimi göstərib. COP29 bu uğuru davam etdirəcək, Azərbaycanın enerji transformasiyası və ekoloji məsuliyyət sahəsində liderlik iddiasını gücləndirəcək", - türkiyəli millət vəkili bildirib.
Söhrab İsmayıl
"COP29" teqi üzrə xəbərlər
- Sahibə Qafarova: "Dövlətlərin daxili işlərinə qarışılması bütün problemlərin qaynağına çevrilib"
- Əli Əsədov Üçüncü Xəzər İqtisadi Forumunda iştirak edib
- Azərbaycan XİN başçısının müavini "COP29"un yekunlarına dair paneldə iştirak edib
- Təxribat və inqilabların himayədarı - İç üzü açılan USAID hər yerdən qovulur
- İordaniya şahzadəsi: "COP29 mühüm dönüş nöqtəsi oldu"