Azərbaycan Prezidenti İlham Əliyev bu gün yeni kabinetin tərkibini təsdiqləyib.
Oxu.az APA-ya istinadən xəbər verir ki, prezidentin sərəncamı ilə sabiq müdafiə naziri Səfər Əbiyev və əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov yeni hökumətdə yer almayıb.
Azərbaycanın yeni müdafiə naziri Zakir Həsənov, əmək və əhalinin sosial müdafiəsi naziri isə Səlim Müslümovdur.
Qeyd edək ki, Zakir Həsənov indiyə qədər Daxili Qoşunların komandanı, Səlim Müslümov isə Dövlət Sosial Müdafiə Fondunun sədri olub.
Yeni hökumətdə kənd təsərrüfatı naziri İsmət Abbasov da yer almayıb. Onun yerini Hesablama Palatasının sədri Heydər əsədov tutub.
www.oxu.az