“ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəyişməz qalır”.
Oxu.Az-ın məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
Səfirin sözlərinə əsasən, ABŞ həmsədrlər, Azərbaycan və Ermənistanla birlikdə çalışaraq, uzun müddətdir davam edən münaqişənin həllinə səylər göstərir.
“Bu səylərin göstəricisi olaraq sabah amerikalı həmsədr Uorlik, o cümlədən digər vasitəçilər Azərbaycana gəlirlər. Məqsəd münaqişənin həllinə təkan verməkdir. Azərbaycan prezidenti son vaxtlar Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllində qətiyyətli olduğu barədə bəyanatlar verir. Mən bu bəyanatlar barədə rəsmi Vaşinqtona məlumatlar çatdırmışam”, - deyə diplomat qeyd edib.
N.O.