Şirvan Əbilov “Tərəqqi” medalı ilə təltif edilib.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı prezident İlham Əliyev avqustun 23-də sərəncam imzalayıb.
Sərəncama əsasən, Şirvan Rəşid oğlu Əbilov Azərbaycan Respublikasının ictimai həyatında fəal iştirakına görə mükafatlandırılıb.
Qeyd edək ki, Şirvan Əbilov YAP-ın yaradılmasında əməyi olan “91-lər"dən biri, eyni zamanda, uzun müddət YAP-ın Masallı rayon təşkilatının sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Masallı rayon şöbəsinin rəhbəri olub.
N.O.