Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Siyarto: "Avropanın siyasi liderləri Bakı ilə əməkdaşlıq naminə çox şeyə hazırdırlar"
"Əvvəllər Avropa Macarıstanın Azərbaycanla əməkdaşlığına gülürdüsə, indi Avropa ölkələri özləri növbəyə dururlar".
Oxu.Az "İzvestiya" nəşrinə istinadla xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşü çərçivəsində deyib.
"Bu gün biz görürük ki, avropalı siyasi liderlər Azərbaycan Prezidenti ilə ümumi fotoşəkildə yer almaq naminə hər şeyə hazırdırlar", - deyə o bildirib.
Siyartonun sözlərinə görə, Bakı ilə əməkdaşlıq həm iqtisadi, həm də enerji təhlükəsizliyi baxımından olduqca faydalıdır:
"Biz 10 ildən artıqdır ki, bu regionla yaxşı əməkdaşlıq qururuq. Bu, sadəcə əməkdaşlıq deyil, dostluqdur. Macarıstanın böyük fayda əldə etdiyi strateji müttəfiqlikdir".
"Macarıstan" teqi üzrə xəbərlər
- PFL rəsmisi UEFA tərəfindən təyinat alıb
- Macarıstan və Slovakiya Rusiyaya qarşı sanksiya paketinə blok qoyub
- Orban Ukraynanı Aİ-də görmək istəməməyinin səbəblərini AÇIQLADI
- Macarıstan səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürdü
- Mark Alfoldi Boruss: "Azərbaycan beynəlxalq səviyyədə diqqət mərkəzindədir"