Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
“Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı ictimai dinləmələr keçirilib - YENİLƏNİB + FOTO/VİDEO
Bu gün “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı növbəti ictimai dinləmə keçirilib.
“Report”un xəbərinə görə, dinləmədə Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Milli Məclisdə təmsil olunan partiyaların nümayəndələri, deputatlar və QHT nümayəndələri iştirak ediblər.
Ə.Hüseynli layihə barədə məlumat verib.
Tədbir çərçivəsində “Siyasi partiyalar haqqında” qanun layihəsi barədə ictimai və siyasi xadimlər arasında müzakirələr aparılıb, yeni təkliflər səsləndirilib.
Dinləmə çıxışlarla davam edib.
12:50
Milli Məclisin təşkilatçılığı ilə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı ictimai dinləmələr keçirilir.
“Report”un xəbərinə görə, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, qanunverici orqanda təmsil olunan siyasi partiyaların nümayəndələri, deputatlar və QHT nümayəndələri iştirak edirlər.
Milli Məclisin sədr müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli bildirib ki, ölkədə islahatlar aparılır və “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi də bu islahatlarla bağlıdır.
Daha sonra Sosial Tədqiqatlar Mərkəzinin bu sahədə apardığı sorğunun nəticələri elan olunub. Respondentlərin 90,2 faizi hesab edir ki, partiyalara maliyyə yardımlarına dövlət nəzarəti təmin edilməlidir, 51,2 faiz isə düşünür ki, sədri qadın olan partiyalara ehtiyac var.
PhotoStock.az-ın sözügedən tədbirdən hazırladığı fotoreportajı təqdim edirik:
Daha çox şəkil burada: Photostock.az
"Əli Hüseynli" teqi üzrə xəbərlər
- Rusiyada neokolonializmə dair beynəlxalq forum keçiriləcək
- “Heydər Əliyev. 100 faktın tarixi” kitabının təqdimat mərasimi keçirildi - FOTO
- Əli Hüseynli: “2023-cü il məhkəmə-hüquq sahəsində mühüm yeniliklərlə yadda qaldı” - FOTO
- Bu gün ölkəmizdə “Vəkil Günü” qeyd edilir
- Əli Hüseynli: “Artıq 20 ildir işləyən, formalaşmış seçki konfiqurasiyası özünü doğruldub”