Bu pulu mərhumun sağlığında xərcləsəydi, bəlkə də onun ömrünü 10 il uzadardı və ya yaşayış şəraitini yaxşılaşdırardı.
Oxu.Az Haqqin.az-a istinadən xəbər verir ki, bu barədə Media Forum-a verdiyi müsahibəsində Milli Məclisin deputatı, “Yeni Azərbaycan” Partiyasının icra katibinin müavini Siyavuş Novruzov bildirib.
Onun sözlərinə görə, mərhumun qohumları yas mərasiminin təşkili üçün adambaşına 8 manatdan 48 manata qədər pul ödəməli olurlar.
“Hüzr mərasimində 500 nəfər iştirak edəcəksə, yiyəsi 20 min manata qədər xərc çəkməlidir. Bu pul mərhumun müalicəsinə artıqlaması ilə çatardı”, - S.Kərimov qeyd edib və vətəndaşların yas mərasimi üçün borc və ya bankdan kredit götürmələrini də əlavə edib.
“Bütün bunların qarşısı alınmalı idi. Hələ bir qədər gecikdirilib. Bundan sonra toylara keçmək lazımdır. Belə ifrat dərəcədə toy da ola bilməz. Toy mərasimləri də ailə xoşbəxtliyinə deyil, restoran müdirlərinə işləyir. Belə olmaz”, - o qeyd edib.
Bununla əlaqədar o Tacikistanı misal çəkib, belə ki, burada hətta toy iştirakçılarının sayı və xərclər belə reqlamentləşdirilib.