Qəbələ şəhərinin 2500 illiyi qeyd olunmalıdır.
Oxu.Az xəbər verir ki, bunu parlamentin plenar iclasında millət vəkili Tahir Kərimli təklif edib.
O, qeyd edib ki, Qəbələ Azərbaycanın və dünyanın ən qədim yaşayış məskənlərindəndir.
“Bu barədə tarixi faktlar və sənədlər də var. Ona görə yaxşı olardı ki, Qəbələnin yaranmasının 2500 illiyi qeyd olunsun”, - deyə millət vəkili əlavə edib.
Kamil HƏMZƏOĞLU