ABŞ-ın nüfuzlu “The Hill” qəzetində siyasi icmalçı, Amerika Yəhudi Komitəsinin keçmiş ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Ceyson Katsın məqaləsi dərc olunub.
Oxu.Az AZE.az-a istinadən xəbər verir ki, xarici hökumətlər, qeyri-hökumət təşkilatları və korporasiyalara strateji kommunikasiya, siyasət sahələrində konsultasiya xidmətləri göstərən TSG şirkətinin direktoru nüfuzlu “The Hill” qəzetində “Demokratiya çətinliklə peyda olur” başlıqlı məqalə yazıb.
Məqalədə analitik qeyd edir ki, demokratiya “asanlıqla” ortaya çıxmır və hətta demokratik seçkilərin keçirilməsi demokratiyanı bərqərar olmuş fakta çevirmir.
“Sağlam demokratiyalar sıfırdan qurulub, bu proses müasir binanın inşasına bənzəyir. Möhkəm bünövrə qoyulmalı, sonra isə döşəmələri, divarları və fasad ucaldılmalıdır” – deyə, politoloq qeyd edir.
“Elə görünür ki, Birləşmiş Ştatlar bu əsas reallığı diqqətdən qaçırıblar, - deyə, Kats yazır. – ABŞ dəfələrlə demokratiyanı digərlərinə sırımağa çalışaraq, səsvermə anlayışının mənası haqqında bilginin yoxluğu bir tərəfə, heç zaman səsvermə qutusu görməmiş xalqları bu yolu seçməyə məcbur etməyə çalışıb”.
Kats misal olaraq İraq, Fələstin və Şimali Afrika ölkələrin göstərir. ABŞ bu ölkələrə milyardlarla dollar və qan yatırıb, lakin, məqalə müəllifi yazır, bu gün İraq Səddam vaxtında olduğu kimi ölkədaxili mübarizədən əziyyət çəkir. Rəmzi qələbəyə nail olunub, lakin bu gün Ermənistan Rusiyanın vassalına çevrildiyi kimi, İraq da İran dövlətinin vassalı ola bilər.
Müəllif yazır ki, keçmiş Sovet İttifaqı ölkələri ABŞ-ın təbii müttəfiqləri olmalıdırlar:
“Bu ölkələr enerji resursları ilə zəngin, investisiyalar üçün açıq, dini baxımdan tolerant (əskəriyyətində əhalinin çoxu müsəlmandır), Qərbyönümlüdülər”.
Bunlar təşəkkül tapmaqda olan demokratiyalardır. Bu ölkələr demokratiyaya nail olmaq üçün səylər həyata keçirirlər, analitik yazır. Bu baxımdan Kats Azərbaycanı misal göstərir.
“Müstəqillik əldə etdiyi vaxtdan Azərbaycan dərhal öz müttəfiqi kimi Qərbə baxmaq qərarına gəldi, Rusiyaya deyil. Millət bolşevik müdaxiləsindən əvvəl mövcud olan ideallarına qayıtdı. Azərbaycan demokratik respublikanı, müsəlman dünyasında birinci olan əvvəlki parlament demokratiyasını bərpa etdi.
Azərbaycan ABŞ, İsrail və Avropa ilə müttəfiq münasibətləri qurdu. Klinton administrasiyasının dəstəyi ilə Bakı-Tbilisi-Ceyhan kəməri çəkildi və tezliklə Cənub enerji dəhlizinin əsasına çevrildi... Bu dəhliz Avropanın ernerji təhlükəsizliyi və müxtəlifliyinə öz töhfəsini verərək, bununla da qitəyə Rusiyanın və onun enerji ağalığının asılılığından azad olmağa imkan verir” – deyə, analitik yazır.
Son 20 ildə Azərbaycan dünya arenasında hörmətli oyunçuya çevrilib. Azərbaycan əsgərləri Balkanlar, İraq və Əfqanıstanda amerikalı və NATO əsgərləri ilə çiyin-çiyinə dayanıblar. Bu gün Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvüdür, digər ölkələrə humanitar yardımlar göstərir, ABŞ və İsrailin sadiq müttəfiqi, regionda iqtisadi liderdir.
Azərbaycanda zaman-zaman demokratiya “artım xəstəliklərini” yaşayır, məqalə müəllifi qeyd edir, lakin respublika bütün dünyada təşəkkül tapmaqda olan əksər demokratiyalarla müqayisədə “demokratiya binasının” qurulması yolunda daha irəli gedib.
Azərbaycanın ABŞ-ın dəstəyi və təşviqinə ehtiyacı var, Kats qeyd edir.
O bir daha xatırladır: demokratik dövlətlər asan peyda olmur. Onlar zamanla qurulmalıdır. ABŞ demokratiyaya can atan Azərbaycanı dəstəkləməlidir və bir gün Azərbaycanda demokratiya ABŞ-dakı kimi güclü olacaq.