ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik hesab edir ki, Dağlıq Qarabağın statusu üzrə müzakirələrin keçirilməsi vacibdir.
Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
“Biz hərtərəfli müzakirələri yalnız həmsədrlərin prezidentlər ilə şəxsi görüşlərindən gözləmirik. Prezident İlham Əliyev Dağlıq Qarabağın satusu ətrafında diskussiya açıb. Bu, hər zaman alqışlamalı olduğumuz bir şeydir”, - Uorlik Yerevanda çərşənbə axşamı jurnalistlərə bildirib.
O qeyd edib ki, münaqişə tərəflərinin mövqeyi üst-üstə düşməyə bilər, amma bu məsələlər həm Ermənistanda, həm Azərbaycanda, həm də Dağlıq Qarabağda ictimaiyyətin müzakirəsinə çıxarılmalıdır.
“Mən Bakıda dedim, burada da təkrar edirəm - biz Əliyevin bu bəyanatını son söz olduğu üçün deyil, bu mövzunu müzakirə edilən məsələyə çevirdiyi üçün dəstəkləyirik”, - həmsədr vurğulayıb.
N.O.
www.oxu.az