Venesiya Komissiyası sentyabrın 26-da keçiriləcək referendumun predmeti olan Konstitusiyaya dəyişikliklər layihəsinə rəy üçün müraciət üzərində işləməyə hazırdır.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Avropa Şurası Venesiya Komissiyasının xarici əlaqələr üzrə sözçüsü Tatyana Mışelova bildirib.
T.Mışelova qeyd edib ki, son illər Azərbaycanla Venesiya Komissiyası arasında çox məhdud əməkdaşlıq nəzərə çarpır:
“Bu günə kimi də biz nə Azərbaycan rəsmilərindən, nə də Avropa Şurasının və digər beynəlxalq təşkilatların müvafiq orqanlarından Konstitusiyaya dəyişikliklər layihəsinə rəy verilməsi ilə bağlı sorğu almışıq”.
E.Ə.
www.oxu.az