Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak edən ən böyük nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığına məxsusdur.
Oxu.Az-ın məlumatına görə, forumda iştirak etmək üçün Krallıqdan Azərbaycana 311-dən çox nümayəndə gəlib.
Bundan əlavə, forumla paralel şəkildə təşkil olunan ikinci ən böyük sərgi pavilyonu da məhz Səudiyyə Ərəbistanına məxsusdur. Sözügedən platformada ölkənin şəhərsalma və həyat keyfiyyətinin yüksəldilməsi sahəsində əldə etdiyi son nailiyyətlər, eləcə də qabaqcıl inkişaf modelləri nümayiş etdiriləcək.