Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir.
Oxu.Az xəbər verir ki, bunu SalamNews-a Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev söyləyib.
O bildirib ki, bu gün xarici turistlər ölkənin istənilən bölgəsinə rahat səfərlər edirlər:
“Turist axını Azərbaycanın sabit və təhlükəsiz ölkə olduğunu bir daha göstərir. Təəssüflər olsun ki, bəzən bəzi dövlətlər vətəndaşlarına Azərbaycana getməmək barədə çağırış edirlər. Bizim o ölkələrə mesajımız ondan ibarətdir ki, gərək məsələ araşdırılsın, sonra bu mesaj müəyyən olunsun. Belə mesajlar verən dövlətlərin özlərində təhlükəsizlik məsələləri heç həllini tapmayıb”.