Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin Gəncə şəhərində keçirilən üçtərəfli görüşü başa çatıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hazırda nazirlər Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşürlər.
Görüşdən sonra nazirlərin birgə mətbuat konfransı keçirəcəyi və Gəncə Bəyannaməsi qəbul edəcəyi gözlənilir.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və Gürcüstanın xarici işlər naziri Maya Pancikidze bu gün Azərbaycana gəliblər. Gəncədə Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin əvvəlcə ikitərəfli, sonra isə üçtərəfli görüşləri keçirilib.
11:55
Gürcüstanın və Türkiyənin xarici işlər nazirləri Maya Pancikidze və Əhməd Davudoğlu bu gün Gəncəyə gəliblər.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, səfərdə məqsəd Gəncədə Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak etməkdir.
Gürcüstanın xarici işlər naziri Maya Pancikidze və Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Elmar Məmmədyarovla ikitərəfli görüşlər keçirəcəklər.
Gəncə şəhər İcra Hakimiyyətində baş tutacaq görüşdən sonra yekun mətbuat konfransı olacaq.