Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Valideynlər övladlarını məktəblərə qoya bilmir – ŞİKAYƏT + YENİLƏNİB
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İşçi Qrupu birinci sinfə və məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesinin tətbiqi ilə bağlı müraciətlərin operativ cavablandırılmasını təmin edir.
İdarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, İşçi Qrupu I sinfə və məktəbəhazırlıq qruplarına qeydiyyat üzrə onlayn sorğuların cavablandırılması, qeydiyyatla bağlı valideynlərin yönləndirilməsi, onlayn qeydiyyatdan keçirilə bilməyən sənədlər vasitəsilə elektron qeydiyyatın aparılması prosesinin tənzimlənməsi və digər məsələlərlə bağlı müraciətləri vətəndaşların qəbulu, telefon zəngi, elektron poçt və ya elektron müraciət vasitəsilə cavablandırır.
“Odur ki, bu kimi iddiaların heç bir əsası yoxdur. Təəssüf ki, müvafiq qaydalara zidd istəyi təmin olunmadığı halda, bəzi valideynlər əsassız müraciətlərlə istəklərinin təmin olunmasında israr edirlər. Bir qayda olaraq valideynlər qəbul edilməlidirlər ki, müvafiq qaydalar bütün valideynlərin yalnız haqlı tələblərinin və qanuni istəklərinin təmin olunmasını tənzimləyir”, - deyə məlumatda qeyd edilib.
13:35
Yeni tədris ili başlasa da, bəzi valideynlər övladlarını təhsil müəssisələrinə yerləşdirə bilmirlər.
Bu barədə Oxu.Az-ın redaksiyasına valideynlər şikayət ünvanlayıblar.
Onlar bildirib ki, məktəbəqədər bir illik hazırlıq qruplarına uşaqların cəlb edilməsi və üzrlü səbəblərdən birinci sinfə qəbulla bağlı müddət uzadılsa da, onlar uşaqlarının məktəblərə yerləşdirilməsinə nail olmayıblar.
Bəzi məktəblərdə rus bölməsi ilə bağlı problemlər var - RƏSMİ
Şikayətçi valideyn Xalid Nemətzadənin sözlərinə görə, övladının rus bölməsində təhsil almasını istəsə də, buna icazə verilmir:
“Mən Qobu qəsəbəsində yaşayıram. Lökbatan yaxın olduğu üçün övladımın orada rus bölməsi üzrə təhsil almasını istəyirəm. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirdilər ki, uşağın Lökbatanda rus bölməsi üzrə təhsil alması mümkün deyil. Qobuda Azərbaycan bölməsi üzrə təhsil almalıdır”.
Valideynlər iddia edir ki, Bakı Şəhər üzrə Təhsil İdarəsinin əməkdaşları onların müraciətinə cavab vermir:
“Qəbul şöbəsində iki-üç nəfər oturub, amma şikayətlərə baxılmır. İdarənin “Qaynar xət”lərinə düşmək mümkün deyil. 200-300 valideyn xahiş edir ki, övladı məktəbəqədər və birinci sinifdə təhsil alsın. Amma şikayətə baxılmır. Bir işçi on nəfəri qəbul edir”.
Məsələni diqqətdə saxlayacağıq. Şikayət barədə rəsmi məlumat almaq üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu göndərilib.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəbləri 2018-2019-cu tədris ili üçün I sinfə şagird qəbulunun müddətini uzadıb.
Uşaqların elektron qeydiyyatı valideyn tərəfindən üzrlü səbəb göstərilməklə, “Əlaqə” bölməsi vasitəsilə sentyabrın 17-dən oktyabrın 15-dək aparıla bilər.
İlhamə Əbülfət
www.oxu.az
Oxu.Az yeniləndi!
"Azərbaycan" teqi üzrə xəbərlər
- COP29-da tərəflər 300 milyard dollar vəsaitin ayrılmasına dair RAZILAŞMA ƏLDƏ EDİBLƏR
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
- COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib
- COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür barədə qətnamə layihəsi qəbul olundu
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?
Rəylər