Azərbaycan Nazirlər Kabineti bu gün ölkədə dini mərasimlərin yeni qaydalarını müzakirə edib. Yeni qanuna əsasən, dəbdəbəli qəbirlər və ehsan verilərkən israfçılıq etmək (dəfn mərasimi zamanı verilən yeməyi - red.) qadağan olunacaq.
Bu fikirləri Oxu.Az-a açıqlamasında “Məşədi Dadaş” məscidinin imamı, din xadimi Hacı Şahin Həsənli deyib.
Onun sözlərinə görə, Azərbaycanda uzun müddət qonşularla bərabərləşmə tendensiyası müşahidə olunurdu:
“Baxın, qonşularımız yas mərasimi necə möhtəşəm keçirdilər, biz də geri qalmamalıyıq...”
“Yaslarda masalar toy mərasimlərindəki kimi dəbdəbəli görünürdü. İslam bütün bunlara qarşıdır. Bu, israfçılıqdır. Eyni sözləri mərmərdən hazırlanan dəbdəbəli qəbirlər haqqında da söyləmək olar. Çoxları bilmir ki, bu, ermənilərin adətidir və məhz onlar əsrlər boyu bu sənətlə məşğul olublar”, - imam qeyd edib.
Müsahibimiz bildirib ki, qəbir daşları bundan sonra bir-birindən fərqlənməyəcək, bu təcrübədən dünyanın inkişaf etmiş ölkələrində istifadə edilir.
Din xadimi əlavə edib ki, qanun əvvəllər qoyulmuş qəbir daşlarına aid olmayacaq.
Ə.Ş.
www.oxu.az
Rəylər