Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bahar Muradova: Təhsilin inkişafını öz üzərinə götürmək dövlətin borcudur
Hansı imkanlı ailə öz övladının təhsili üçün öz imkanlarını səfərbər etmək istəməz?
Oxu.Az-ın məlumatına görə, bu barədə Milli Məclisin vitse-spikeri Bahar Muradova müəllimlərin XV qurultayında çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, müəllimlərin XV qurultayının keçirilməsi Azərbaycan xalqının həyatında vacib hadisədir:
“Hesab edirəm ki, iş olmayan yerdə uğurlu hesabat da ola bilməz. Azərbaycanda elə bir insan, ailə yoxdur ki, bu sahədəki yeridilən siyasət, əldə edilən nəticə və üzləşdiyimiz problemlər onların həyatına təsir etməsin. Beş ildə çox işlər görülüb. Bilirsiniz ki, Azərbaycan tərəfindən maliyyə imkanları hərbidən sonra təhsilə qoyulub. Odur ki, bu sahəyə qoyulan kapital gələcəkdə yeni kadrların yetişdirilməsinə qoyulan investisiyalardır. Bu investisiya artıq özünü doğrultmaqdadır”.
Sədr müavini bildirib ki, valideynlərin də övladları ilə birlikdə təhsil alma prosesində iştirakına ciddi diqqət yetirilməlidir.
Bahar Muradova qeyd edib ki, Milli Məclisdə büdcə müzakirə edilir:
“Orada çıxış edən millət vəkilləri, əsasən, təhsil sahəsi və problemlərdən danışıblar. Ali təhsil alan tələbələrin dövlət hesabına təhsil almasına edilən əlavə ciddi əhəmiyyət kəsb edir. Bu, vacib tendensiyanın başlanğıcıdır. Çünki belə bir şey ola bilməz ki, özəl təhsil müəssisələrində oxuyanlar dövlət təhsil müəssisələrində oxuyanlardan artıq olsun. Ona görə ölkə prezidenti İlham Əliyev bu istiqamətlərdə mühüm addımlar atır.
Dövlətin vəzifəsi, borcudur ki, bütün sahələrin inkişafında əsas yükü öz üzərinə götürsün. Cəmiyyət də bu sahədə ciddi dəstək verməlidir. Ailənin öz övladının təhsilinə maddi imkanını yönəltməsində qeyri-adi bir şey yoxdur. Bəzən cəmiyyət bunu birmənalı qarşılayır.
İmkanlı ailənin Azərbaycan təhsilinə öz töhfəsini verməsini araşdırmalıyıq. Burada qəbahət heç bir şey yoxdur. Hansı bir imkanlı ailə öz övladının təhsili üçün öz imkanlarını səfərbər etmək istəməz? Hesab edirəm ki, hər kəs tərəfindən qəbul olunan bir forma da düşünmək olar”.
İlhamə Əbülfət
www.oxu.az
"Azərbaycan" teqi üzrə xəbərlər
- COP29-da tərəflər 300 milyard dollar vəsaitin ayrılmasına dair RAZILAŞMA ƏLDƏ EDİBLƏR
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
- COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib
- COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür barədə qətnamə layihəsi qəbul olundu
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?