Xəzər Rayonu İcra hakimiyyəti Binə kəndində yolların pis vəziyyətə düşməsinə münasibət bildirib.
Rayonun icra başçının köməkçisi İslamov Hikmət Oxu.Az-a açıqlamasında qeyd edib ki, Südçülük adlanan ərazidə yolların pis vəziyyətdə olması ilə bağlı onların məlumatı var.
Onun sözlərinə görə, yaxın gələcəkdə həmin ərazilərin əsaslı təmiri planlaşdırılır.
“Südçülükdə yerləşən yolların əsaslı təmiri üçün vəsait tələb olunur. Küçələrin təmiri ilə bağlı məsələ Dövlət Proqramına salınıb. Baş vermiş hadisə ilə bağlı qəsəbə nümayəndəsinin məlumatı var”, - deyə o bildirib.
H.İslamov ərazinin nə zaman təmir olunacağı ilə bağlı dəqiq məlumat vermək çətinlik çəkib:
“Biz layihələr hazırlamışıq. Həmin layihələr təsdiq olunandan sonra ərazidə müvafiq işlərə başlaya bilərik”.
09:36
Paytaxtın Binə kəndində yollar bərbad vəziyyətə düşüb.
Görüntüləri “Facebook” sosial şəbəkəsində jurnalist Zülfiyyə Quliyeva paylaşıb.
Binə kəndinin Südçülük adlanan ərazisində yol kənarında su ötürücülərinin olmaması səbəbindən yağış suları yolun üst qatını yuyaraq geniş çalalar əmələ gətirib, və bu da kənd sakinlərinə çətinliklər yaradıb.
Ərazidə yaşayan qadın və uşaqlar çala-çuxur, palçıq içində olan yolları düzəltməyə çalışıblar.
Yerli sakinlər yaranmış vəziyyətdən narazılıqlarını ifadə ediblər.
Rəylər