Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bu kənddə hasardan baxanda ermənilər görünür - VİDEO
Tərtər rayonunun Qapanlı kəndi düşmənlə üz-üzə olsa da, həyat öz axarı ilə davam edir.
Oxu.Az xəbər verir ki, hazırda 101 ev olan Qapanlı kəndi erməni silahlılarının hərbi təcavüzü nəticəsində doqquz şəhid verib.
Üç hərbçi öz torpaqlarının müdafiəsi uğrunda canından keçib. Kəndin altı sakini isə düşmən gülləsinin qurbanı olub.
Cəbhədə yerləşən, düşmənlə təxminən bir neçə metr məsafədə olan Qapanlı kəndindən erməni postu aydın görünür. Kənddə yaşayan sakinlərin təhlükəsizliyinin təmin olunması üçün atəş nöqtələrinə ən yaxın məsafədə yerləşən evlərin qarşısına, eləcə də, yol boyu müdafiə hasarları çəkilib.
Kənddə tibb məntəqəsi və 240 şagirdlik orta məktəb binası inşa olunub. Kəndarası yolda gecə işıqlandırma sistemi quraşdırılıb. 2013-cü ildə istifadəyə verilən məktəbdə şagirdlərin təlim-tərbiyəsi üçün şərait yaradılıb.
2015-ci ildə istifadəyə verilən tibb məntəqəsində iki həkim, səkkiz orta ixtisas təhsilli tibb işçisi çalışır. Məntəqəyə təcili tibbi yardım üçün avtomobil də ayrılıb.
146 təsərrüfatdan ibarət Qapanlı kəndinin sakinləri heyvandarlıqla məşğul olur, yonca və taxıl becərirlər. Kənd sakinləri bildirir ki, düşmən mövqelərinə yaxın olduğu üçün kənd təsərrüfatı işləri gündüz deyil, gecə saatlarında aparılır. Torpaqları qoşunların qarşıdurma xəttinə yaxın olması çətinlik yaratsa da, sakinləri ruhdan salmır.
"Tərtər" teqi üzrə xəbərlər
- Tərtərdə yeni ailə quran gəlini sevgilisi ilə tutdular - Qətl hadisəsinin təfərrüatı
- Tərtərdə Birinci Qarabağ müharibəsinin şəhidi Möhübbət Mustafayev dəfn edilib
- Bu xəbərləri qaçırmayın: 15.10.2024-ün ən mühüm hadisələri
- 21 yaşlı qız faciəli şəkildə öldü: Toyu olacaqdı
- Tərtərdə altı nəfərlik dəstə həbs olundu: Aralarında sabiq deputatın qohumu da var
Rəylər