May
2019
23:00
97
383
11076
Virtual karabakh

“Az sektoru” “döyər”, ya “rus sektoru”?

1 May, 2019
23:00
11076

“Az sektoru” “döyər”, ya “rus sektoru”?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kubra Məhərrəmova yazır...

Heç bilmirəm, haradan başlayım... Bəlkə, oradan başlayım ki, mükəmməl Azərbaycan dilində yazıb-oxuyan o qədər vicdansız, imansız adam gördüm ki, həmin adamların öz millətimdən olmasına şübhə etdim?! Amma hamı susanda, qorxanda, çəkinəndə özünü rəhbərliyin qarşısına verib öz hüququnu, ya da iş yoldaşının haqqını tələb edən rusdillilər də gördüm.

Gördüm ki, bəzi rusdillilər ölkəmizi xarici ölkələrdə layiqincə təmsil elədilər. Elə bu yaxınlarda yayılan xəbərlərdəki “Nə? Harada? Nə zaman?” Televiziya Klubu Komandası kimi. Dəfələrlə Rusiyada “Büllur Bayquş” əldə ediblər. Bu dəfəki qələbədən sonra ölkə rəhbərliyi də komandadan iki nəfərin “Tərəqqi” medalı ilə təltif edilməsi barədə sərəncam imzaladı. Qardaş, nəyi pisdir ki? Əladır.

Təzəlikcə isə millətimin digər övladları Moskvada hoqqa çıxarıblar. Toy ediblər, maşın karvanı ilə yola çıxıblar. Belə çox mübarək, daha bu biabırçılıq nəyə lazım? Hər işıqforda maşınları saxlayıb, başlayır çalıb-oynamağa, sonra da, deyəsən, şampan şərabı içiblər. Qısası, yolu bağlayıblar, çatana çatıblar, çatmayanın da maşınını vurublar. Yoldakılar bunlara narazılıq bildirəndə tutub xalqın uşağını döyüblər. Hələ gəlin maşınına xüsusi fərqlənmə nişanı da taxıblar ki, bəs, birdən bilməzsiniz kimik, tanıyın! Bəli, Azərbaycanın bayrağını avtomobilin damına bərkidiblər. Sonra da bu xəbər rus kanallarının əlində bayraq olub ki, “na tebe, Azerbaydjansı dikiye”! Nə deyəsən, bu da biz, o da biz. 

Hərdən düşünürəm ki, bax, nəyiniz əksikdir? Gedin oxuyun, savad alın, böyüyün, inkişaf edin. Amma ki biz bunu bacarmırıq. İçimizdən iki-üç nəfər aydın çıxan kimi başlayırıq ki, “toje mne russkiy sektor”, qarşı tərəf də deyir ki, “toje mne az sektor”. Və beləliklə, 100 illik müharibələr bitir, bizim bu zülm bitmir. İldə iki dəfə kimsə durub deyir ki, bəs bağlayın “rus sektoru”nu, aləm dəyir bir-birinə, səs-küy, vəssalam.

Heç kim demir ki, ay qardaş, fərqi yoxdur hansı dildə təhsil alırsan. Lap qədim latın dilində də təhsil ala bilərsən. Təki vicdanın olsun, özünü, millətini satmayasan. Özünü və xalqını biabır etməyəsən. Nə isə, bir az da yazsam, gəlib deyəcəklər ki, Kubranın sektorunu bağlayın. Çünki, nə “rus sektoru”ndandır, nə də az.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri