16 
İyl
2019
12:34
345
28
7420
Virtual karabakh

Milli Qəhrəmanın medalı oğluna verildi - FOTO/VİDEO

16 İyl, 2019
12:34
7420

Milli Qəhrəmanın medalı oğluna verildi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Milli Qəhrəmanı Elşad Əhədov onun adını daşıyan Təzə Alvadı kənd 1 nömrəli tam orta məktəbində anılıb.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Elşad Əhədovun da məzunu olduğu Ukraynanın Kamenets-Podolsk Ali Komandirlər Məktəbinin 50 illik yubileyi ilə əlaqədar təsis edilmiş medal Milli Qəhrəmanın oğlu Elşən Əhədova təqdim edilib.

Xatırladaq ki, igid komandirin sonuncu döyüşü 1993-cü il dekabrın 11-də Ağdaş yüksəkliyi uğrunda olub. Qeyri-bərabər döyüşdə ağır yaralanan E.Əhədovun həyatını xilas etmək mümkün olmayıb.

Azərbaycan Prezidentinin 1993-cü il 14 dekabr tarixli fərmanı ilə E.Əhədov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib, 1994-cü il 16 sentyabr tarixli fərmanla isə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Rövşən Mövlan

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri