Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Sabirabada iki nəfər qorxunc infeksiyaya yoluxdu - Biri öldü
Sabirabadda iki nəfər qara yara xəstəliyinə yoluxub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, onlardan biri ölüb, digərinin vəziyyəti isə ağırdır.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən saytımıza verilən məlumata görə, sözügedən iki nəfər Sabirabad Mərkəzi Rayon Xəstəxanasının İnfeksiya şöbəsinə yüksək hərarətlə müraciət edib:
“Onların əvvəlcə soyuqdəymədən əziyyət çəkdiyi ehtimal edilsə də, sonra vəziyyətləri ağırlaşıb. Yaxınları onları xəstəxanaya gətirib. Müayinə zamanı İnfeksion şöbənin müdiri Fazil Əliyev xəstələrdə qara yara olmasını etimal edib.
Bu səbəbdən də alınan nümunələr İmişli Rayon Taun Əleyhinə Stansiyaya göndərilib.
Taun Əleyhinə stansiyanın mütəxəssisləri qara yara xəstəliyi diaqnozunu təsdiqləyiblər. Diaqnozu bildikdə qohumları xəstələri paytaxta aparmaq qərarına gəliblər. İyul ayının 25-i xəstələr ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.
İyul ayının 29-u xəstələrdən biri – 60 yaşlı kişi dünyasını dəyişib. Həkimlərin bildirdiyinə görə yara ölənin sağ əlinin baş barmağında olub. Hazırda ikinci xəstənin müalicəsi davam edir”.
Xatırladaq ki, qara yara xəstəliyi xəstə heyvanın emalı zamanı yoluxan infeksiyadır. İnsandan insana keçmir. Bu xəstəlik 2014-cü ildə 10 nəfərdə, 2015-ci ildə 9 nəfərdə, 2016-cı ildə 10 nəfərdə, 2017-ci ildə 6 nəfərdə, 2018-ci ildə 9 nəfərdə, 2019-cu ildə 7 nəfərdə qeydə alınıb.
Könül Cəfərli
"İmişli" teqi üzrə xəbərlər
- İki qurumdan birgə ƏMƏLİYYAT: 134 kiloqram narkotiklə yaxaladılar
- Qazax və İmişli sakinləri evlərində ölü tapılıblar
- Baş prokuror Kamran Əliyevdən beş aydır nə ölüsü, nə dirisi tapılan Rasimlə bağlı TAPŞIRIQ
- Eşqə görə intihar edən kişinin sevgilisinin iki uşağı olub - TƏFƏRRÜAT + YENİLƏNİB
- Meyvə şirəsi qabında şampun gətirməsinə irad bildirən atasını öldürdü - DETALLAR
Rəylər