Şəkidə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib:
"Şəki rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1998-ci il təvəllüdlü şəxs (kişi) 26.07.2026-cı il tarixində saat 01:40-da Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Ona təpə nahiyəsinin hematoması, mil bilək oynağının travması, sıyrılmış yaraları diaqnozları təyin edilib, zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir.
Hadisə nəticəsində 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb".
Şükufə Süleymanlı
Ötən gecə Şəkidə piyada ölümü ilə nəticələnən qəza baş verib.
Hadisə zamanı Mahir Teyibov həlak olub.
Oxu.Az APA-ya istinadən M.Teyibovun fotosunu təqdim edir:

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə iyulun 25-də saat 22 radələrində rayonun Baş Göynük kəndində qeydə alınıb. Rayon sakini Fərhad Qürbətli idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən piyadalar 24 yaşlı Mahir Teyibov və 28 yaşlı Şahin Tahirovu vurub.
Nəticədə M.Teyibov aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər piyada isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.