22 
Avq
2019
12:14
12
129
1822
Virtual karabakh

Bu yay neçə nəfəri gün vurub?

22 Avq, 2019
12:14
1822

Bu yay neçə nəfəri gün vurub?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu il Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə günvurma diaqnozu ilə dörd nəfər gətirilib.

Bu barədə Oxu.Az-a şöbənin baş həkimi Azər Maqsudov məlumat verib.

A.Maqsudov bildirib ki, dörd nəfərə ilkin tibbi yardım edildikdən sonra evə buraxılıblar:

"Onların ikisi iyunda, ikisi isə iyulda müraciət edib. Avqustda isə günvurma ilə bizə müraciət edən olmayıb".

Baş həkim onu da əlavə edib ki, səkkiz nəfər hörümçəyin bir növü olan qara qurddan zəhərlənib:

"Onlar arasında ölüm hadisəsi olmayıb. Əsasən, qara qurddan zəhərlənmə ilə bağlı Bakıətrafı kəndlərdən - Zirə, Maştağa, Şüvəlan və Türkandan müraciətlər olur".

Sevinc Yasinqızı

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri