Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Xəzərdə üzən bütün gəmilərə küləkli hava ilə bağlı xəbərdarlıq edildi
Xəzər dənizi akvatoriyasında gözlənilən küləkli hava şəraiti ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) donanmasına aid Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq edilib.
ASCO-dan verilən məlumata görə, sentyabrın 22-i günün ikinci yarısına qədər hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsinin təmin olunması bildirilib.
Küləkli havanın müşahidə olunacağı tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitan və baş mexaniklərinə mütləq şəkildə gəmidə olmaları və gəmilərin təhlükəsiz dayanmasını təmin etmələri tapşırılıb.
"ASCO" teqi üzrə xəbərlər
- ASCO: Qeyri-sabit hava şəraiti gəmilərin limanlara giriş-çıxışında çətinliklər yaradır
- Azərbaycanda dövlətə məxsus 35 su nəqliyyatı vasitəsi hərraca çıxarılacaq
- Xəzər dənizində bədbəxt hadisə - Ölən var
- İşdən çıxarılan rektorun YERİNƏ TƏYİNAT
- Azərbaycan TARİXİNDƏ İLK: Üçrəngli bayrağımız altında üzən gəmi ABŞ limanında
Rəylər