Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Plastik torbaların satışı üçün ödənişli sistem tətbiq olunacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi plastik torbaların satışı üçün ödənişli sistemin tətbiq olunması barədə müvafiq dövlət qurumlarına müraciət edib.
Oxu.Az-ın məlumatına görə, bunu mətbuat konfransında bunu ETSN-nin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə deyib.
Onun sözlərinə görə, plastik və polietilen tullantıların ətraf mühitə mənfi təsirlərinin azaldılması, plastik qablaşdırma materiallarından istifadənin tədricən məhdudlaşdırılması, yüngül çəkili plastik torbaların satışı üçün ödənişli sistemin tətbiq olunması, alternativ qablaşdırma materiallarından istifadə üçün şəraitin yaradılması ilə bağlı ETSN-in təklifləri müvafiq dövlət qurumlarına təqdim edilib, hazırda razılaşdırılma mərhələsindədir:
“Təkliflər qəbul olunsa, biz onların idarə olunmasında və məhdudlaşdırılmasında böyük irəliləyişə nail olmaq olar. Ətraf mühitin çirklənməsində daha çox paya malik, çox yüngül çəkili polietilen torbalardan (pinqvin) istifadənin qadağan olunması ilə bağlı layihə isə razılaşdırılma mərhələsindən keçib, növbəti prosedurlara hazırlanır”.
Şöbə müdiri qeyd edib ki, ETSN vətəndaşları polietilen torbalardan imtinaya, alış-veriş zamanı parça torbalardan və həsir zənbillərdən istifadəyə çağırır.
İlhamə Əbülfət
"ETSN" teqi üzrə xəbərlər
- Muxtar Babayev: "COP29 sədrliyi işini davam etdirəcək və COP30-a dəstək verəcək"
- Havanın temperaturu 4-8 dərəcə enəcək, leysan yağacaq - XƏBƏRDARLIQ
- Leyla Əliyeva COP29 çərçivəsində bəbirlərin mühafizəsinə həsr olunmuş tədbirdə çıxış edib
- Muxtar Babayev: "Dünyada şəhər əhalisinin xüsusi çəkisinin 70%-ə çatacağı proqnozlaşdırılır"
- Faiq Mütəllimov: "Göllərin mühafizəsi şəhər dayanıqlılığında vacib rola malikdir"
Rəylər