Noy
2019
09:18
34
167
13173
Virtual karabakh

Zakir Qaralovdan Əli Nağıyevin yerinə yeni təyinat - ÖZƏL

4 Noy, 2019
09:18
13173

Zakir Qaralovdan Əli Nağıyevin yerinə yeni təyinat - ÖZƏL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyinat olub.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı müvafiq əmri Baş prokuror Zakir Qaralov imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Mürsəliyev Emin Ramiz oğlu təyinat alıb.

E.Mürsəliyev bundan əvvəl İdarənin Əməliyyat  İdarəsinin rəisi işləyib. 

Qeyd edək ki, bundan əvvəl bu vəzifəni qısa müddət Fuad Rəsulov yerinə yetirib.

Xatırladaq ki, uzun illər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində Əli Nağıyev çalışıb.

Prezident İlham Əliyevin 20 iyun tarixli sərəncamı ilə Ə.Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin olunub.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri