Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
“Azəristiliktəchizat” rəsmisi: Bakıda bütün binaların istiliklə təminatı mümkün deyil
Bakı şəhərində bütün binaların istiliklə təminatı tam mümkün deyil. Paytaxtda 300-ə yaxın bina istilik sisteminə tam qoşulmayıb.
Oxu.Az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının Qərargahında keçirilən mətbuat konfransında “Azəristilikhizat” ASC-nin sədr müavini İlham Mirzəliyev bildirib.
Onun sözlərinə görə, bunlar, əsasən, xüsusi mülkiyyətçilərə məxsus binalarda istilik sistemləri ilə bağlı olan problemlərdir.
“Digərləri isə bir sıra texniki problemlərlə bağlıdır. Problemlərin aradan qaldırılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanları ilə tədbirlər görülməkdədir”.
Sədr müavini qeyd edib ki, Bakıda istilik sistemi ilə təmin edilməyən binalar, əsasən, mərkəz hissədə - Nərimanov, Nəsimi rayonlarındadır:
“Bunlar köhnə tipli binalardır. Bəzi binalar 60-cı illərə aiddir, onlarda istilik sistemləri döşəmə tiplidir və bərpası mümkün deyil. Bəzi binaların sökülməsi və yeni binaların tikilməsi nəzərdə tutulur”.
İlhamə Əbülfət
"Azəristiliktəchizat" teqi üzrə xəbərlər
- Nizami rayonundakı uşaq bağçasına istilik verilməməsinin SƏBƏBİ AÇIQLANDI
- Samir Şərifov "Azəristiliktəchizat"ın qazanxanaları barədə: "Səmərəlilik olduqca aşağıdır"
- Bakıda ikiotaqlı mənzillərə istilik verilmir - İDDİA
- Bu gündən yaşayış binalarına İSTİLİK VERİLMƏSİ START GÖTÜRÜR
- Bu xəbərləri qaçırmayın: 07.11.2024-ün ən mühüm hadisələri