Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Elçin Quliyev sərhəd nəzarəti məntəqəsinin rəisini işdən çıxardı - NÖQSANLARA GÖRƏ
Noyabr ayının 25-də Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, DSX Sərhəd Nəzarətinin vəzifəli şəxslərinin və sərhəd nəzarəti məntəqələrinin rəislərinin iştirakı ilə dövlət sərhədindən buraxılış məntəqələrində mövcud vəziyyətlə əlaqədar xidməti müşavirə keçirilib.
Oxu.Az-ın məlumatına görə, müşavirədə DSX-nin rəisi, general-polkovnik Elçin Quliyev bildirib ki, dövlət sərhədindən buraxılış məntəqələrində etik davranış qaydalarının və vətəndaşların hüquqlarının pozulması, onlara qarşı kobudluq edilməsi, korrupsiya hallarına və xidməti pozuntulara qarşı ciddi mübarizə aparılması, təkcə cari il ərzində xidmətlərində yol verdikləri nöqsanlara görə 55 hərbi qulluqçunun sərhəd nəzarəti sahəsindən kənarlaşdırılması qeyd edilib.
Rəis qeyd eedib ki, DSX-nin Sərhəd Nəzarətinin “Şıxlı” sərhəd nəzarəti məntəqəsinin rəisi polkovnik-leytenant Gündüz Qafarov xidməti fəaliyyətində yol erdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırılıb.
Müşavirənin sonunda normativ-hüquqi aktların və rəhbər sənədlərin tələblərinə riayət olunması, dövlət sərhədindən buraxılış məntəqələrində xidmətə nəzarətin daha da gücləndirilməsi istiqamətində əlavə tapşırıqlar verilib.
İlhamə Əbülfət
"Dövlət Sərhəd Xidməti (DSX)" teqi üzrə xəbərlər
- DSX hərbçilərinin xidmət apardığı Subsaksiz yüksəkliyindən FOTOREPORTAJ
- Qazaxın azad olunmuş kəndlərində yeni zastavalar tikiləcək
- Azərbaycan-Gürcüstan sərhədində şərti sərhəd pozucuları zərərsizləşdiriliblər
- Qazaxın işğaldan azad olunan yeni kəndləri kameralar vasitəsilə müşahidə olunur
- DSX generalı: "Son 7 ildə dəyəri 162 milyon manatdan çox narkotik dövriyyədən çıxarılıb"
Rəylər