26 
Noy
2019
16:18
66
149
22309
Virtual karabakh

Komitə sədrindən Gürcüstan qeydiyyatlı maşınlarla bağlı - RƏSMİ AÇIQLAMA

26 Noy, 2019
16:18
22309

Komitə sədrindən Gürcüstan qeydiyyatlı maşınlarla bağlı - RƏSMİ AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xarici dövlət nömrəsi olan avtomobillərin ölkə ərazisində qalma müddətinə dair qanunvericilikdə hər hansı bir dəyişiklik olmayıb.

Oxu.Az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev jurnalistlərin sualına cavabında deyib.

Komitə sədri bildirib ki, sadəcə, əvvəllər bunu gömrük əməkdaşları hesablayırdısa, artıq bunu sistem avtomatik olaraq hesablayır.

“Gömrük Məcəlləsinin 305 saylı qərarının 4.3-cü maddəsində yazılıb ki, qeyri-rezident vətəndaşlar Azərbaycana nəqliyyat vasitəsilə gəldiyi zaman bir gündən 90 günə qədər gəlişinin məqsədi bəyan edilməklə müvəqqəti idxal rejimində heç bir rüsum və vergi ödəmədən daxil ola bilir.

Bundan sonra bir ilə qədər müddətin uzadılması o zaman baş verə bilər ki, Azərbaycanda işlədiyini sənədlər vasitəsilə təsdiq etsin. Bu da Gömrük Məcəlləsinin 258-ci maddəsinə uyğun olaraq təlimat üsulları ilə tənzimlənir”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri