Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Nazirlər Kabineti rəsmisindən sərt xəbərdarlıq: “Qadağalar pozulduğu təqdirdə...”
“Ölkənin qoyduğu qaydalara riayət etməyən obyektlər bağlanacaq”.
Oxu.Az-ın məlumatına görə, bunu qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqində Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
O qeyd edib ki, qadağalar pozulduğu təqdirdə cərimələr tətbiq olunacaq:
“Vəziyyətə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi, Bakı Şəhər Ticarət Departamenti, Daxili İşlər Nazirliyi cərimələri tətbiq edəcək. Qaydalara riayət etməyən obyektlər bağlanacaq”.
İ.Məmmədov bildirib ki, ərzaq çatışmazlığının yaranacağı ilə bağlı yayılan məlumatlar yalandır:
“Hazırda ərzaq ehtiyacımız tam təmin olunub”.
İlhamə Əbülfət
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda erməni görsəniz, nə edərsiniz? - Sakinlər arasında maraqlı SORĞU
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
- Əfsanəvi Ronaldinyo Bakıya COP29-la bağlı səfərindən paylaşım edib