Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakıda işləyən rayon qeydiyyatlı şəxslər şəhərə qayıda biləcək - RƏSMİ - VİDEO
“Rayon qeydiyyatında olan vətəndaşlar Bakıya gələ biləcəklər”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
O bildirib ki, bu məsələlər Daxili İşlər Nazirliyi tərəfindən yerində həll olunacaq:
“Yüzlərlə müxtəlif kombinasiyalı situasiyalar var. Bunların hamısını bir qayda və ya bir qərarla həll etmək mümkün olmur. Bu tipli situasiyalar yerində Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən həll ediləcək. İnsanlar arxayın olsunlar ki, bu məsələlər vətəndaşların xeyrinə həll olunacaq”.
“Vətəndaş Bakıda işləyirsə, iş yerinə çatmalıdırsa, bunlar vətəndaşların xeyrinə nizamlanacaq”, - deyə o qeyd edib.
İlhamə Əbülfət
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda erməni görsəniz, nə edərsiniz? - Sakinlər arasında maraqlı SORĞU
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
- Əfsanəvi Ronaldinyo Bakıya COP29-la bağlı səfərindən paylaşım edib
Rəylər