28 
Mar
2020
16:54
39
540
32324
Virtual karabakh

Bakıda qumrular kütləvi şəkildə ölür: Virus, yoxsa zəhərlənmə? - FOTO

28 Mar, 2020
16:54
32324

Bakıda qumrular kütləvi şəkildə ölür: Virus, yoxsa zəhərlənmə? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün paytaxtın bir sıra ərazilərində qumruların kütləvi ölümü müşahidə edilib. Quşların hansı səbəbdən öldüyü məlum deyil.

Məsələ ilə bağlı Oxu.Az-a danışan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin sektor müdiri Ramiz Salmanovun sözlərinə görə, quşların qida zəhərlənməsindən ölmə ehtimalı var:

“Bütün hallarda məsələ araşdırılmalıdır. Düşünmürəm ki, bu quş qripi və ya hər hansı virusla bağlı olsun. Elə olan halda regionlardan da müraciətlər daxil olardı. Nəzərə alsaq ki, qumrular tək-tək deyil, ərazilərdə toplu halda müşahidə edilirlər. İlkin ehtimal kimi bunu hər hansı köhnə qidadan, yemlərdən zəhərlənmə kimi qiymətləndirmək olar. Yaxşı olardı ki, o quşlar yaxınlıqdakı zibil qutularına atılsın və ya yandırılsın. Hər hansı virus ehtimalı varsa belə, yayılmasının qarşısı alınsın”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri