Apr
2020
18:01
63
448
10407
Virtual karabakh

Nazirdən koronavirusa görə birdəfəlik ödəmələrlə bağlı AÇIQLAMA - VİDEO

7 Apr, 2020
18:01
10407

Nazirdən koronavirusa görə birdəfəlik ödəmələrlə bağlı AÇIQLAMA - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sosial şəbəkələrdə 190 manat birdəfəlik ödəmə ilə bağlı qeyri-ciddi məlumatlar paylaşılır”.

Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 18 mart 2020-ci il tarixli sərəncamına əsasən, məşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər mövzusundakı mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, birdəfəlik ödəmə sosial təminatdan kənarda qalan insanlara, ailələrə dəstək verilməsi məqsədilə veriləcək:

“Əgər bir ailədən bir nəfərin əmək müqaviləsi varsa, o ailədən kimsə birdəfəlik yardım almayacaq. Burada şərtlər məlumdur ki, ödəniş işsiz şəxslərə verilir”.

S.Babayev qeyd edib ki, elektron sistemə daxil olan hər bir müraciət yoxlanılır:

“İki gün ərzində qəbul edilən müraciətlərdən 60 faizi haqqı olmayan insanların müraciətləridir. Əmək müqaviləsi ilə çalışan, sahibkarlıqla məşğul olanlar, tələbələr birdəfəlik ödəmə ala bilməz”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri