Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Məktəblərdə inklüziv hazırlıq qrupları təşkil edilir
Təhsil naziri Ceyhun Bayramov 2020-2021-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində inklüziv məktəbəhazırlıq qruplarının təşkili barədə əmr imzalayıb.
Oxu.Az-ın məlumatına görə, əmrə əsasən pilot təhsil müəssisələrində - Bakı şəhərində 138, 202 nömrəli tam orta məktəblərdə, 220 və 252 nömrəli məktəb-liseydə inklüziv məktəbəhazırlıq qrupları təşkil olunacaq.
Bakı şəhər psixoloji-tibbi-pedaqoji komissiyasının qərarına əsasən, ərazi üzrə sağlamlıq imkanları məhdud uşaqların məktəbəhazırlıq qruplarına göndərilməsi təmin ediləcək.
Həmçinin, məktəbəhazırlıq qruplarına loqopedik xidmətin göstərilməsi, Təhsil İnstitutunun pilot təhsil müəssisəsində inklüziv məktəbəhazırlıq qruplarında təhsilin təşkilinə metodik köməkliyin göstərilməsi təmin ediləcək.
Bildirilir ki, əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə edilib.
Rəylər