Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Agentlik sədrindən koronavirus cavablarının SMS-lə göndərilməsi ilə bağlı AÇIQLAMA
“Azərbaycanda koronavirus testləri mənfi çıxan şəxslərə SMS vasitəsilə cavabların göndərilməsi yaxın zamanda tətbiq olunacaq”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.
O qeyd edib ki, sistemdə texniki problemlər var idi və onları aradan qaldırmaq üçün yenidən təkmilləşdirilib:
“Bir ailədə bütün üzvlər testdən keçir, nəticələrin göndərilməsi üçün bir nömrə verilir. Bu nəticələr göndərilən zaman problem yaranmışdı”.
“Buna görə sistem yenidən təkmilləşdirilir və yaxın zamanda tətbiqinə başlanılacaq”, - deyə sədr əlavə edib.
İlhamə Əbülfət
"Azərbaycanda koronavirus" teqi üzrə xəbərlər
- Viruslar yenidən AKTİVLƏŞİR - Qarşıdakı aylarda koronavirusa yoluxma arta BİLƏR?
- Bu xəbərləri qaçırmayın: 02.10.2024-ün ən mühüm hadisələri
- Azərbaycanda koronavirusla bağlı epidemioloji vəziyyət açıqlanıb - RƏSMİ
- Azərbaycanda COVID-19-un hansı ştamı yayılıb? - Təyyar Eyvazov AÇIQLADI
- Bu xəbərləri qaçırmayın: 22.08.2024-ün ən mühüm hadisələri
Rəylər