Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Qaydaları pozan 20 ictimai iaşə obyekti cəzalandırıldı - RƏSMİ
“Bakı, Sumqayıt, Abşeron, Gəncə və Lənkəranda restoranların fəaliyyəti karantin müddəti bitənədək qadağandır”.
Oxu.Az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində deyib.
Onun sözlərinə görə, təəssüf ki, monitorinqlər zamanı karantin qaydalarını pozaraq, qanunsuz fəaliyyət göstərən obyektlər müəyyən edilib:
“Sözügedən şəhərlərdə qaydaları pozaraq, fəaliyyət göstərən 20-yə yaxın ictimai iaşə obyekti müəyyənləşib. Obyekt sahibləri haqqında inzibati qaydada tədbirlər görülüb”.
Könül Cəfərli
"Abşeron rayonu" teqi üzrə xəbərlər
- Təyyarə qəzasında həlak olan Hökumə Əliyevanın xatirəsi yad edilir
- Məmmədli kəndində səkkiz ev işıqsız qalıb: XƏTLƏR YENİLƏNİR
- Abşeronda avtomobil kuryeri vurdu
- Abşeronda xəstəlikdən əziyyət çəkən kişi özünü öldürdü
- Sarayda yaşayış binasında baş verən yanğında xəsarət alan şəxsin son durumu AÇIQLANDI
Rəylər