Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev son günlər bahalı avtomobilindən istifadə etməməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
İcra başçısı Oxu.Az-a açıqlamasında bildirib ki, bunlar əsassız iddialardır:
“Bunlar şayiədir, böhtan xarakterli xəbərlərdir. Hazırda hökumət tərəfindən verilən “Toyota” markalı, 16-AA-001 dövlət nömrə nişanlı xidməti maşınla rayon ərazisində hərəkət edirəm”.
Ə.Abıyev özünə yerli istehsal olan “NAZ Lifan” avtomobili alaraq, rayon ərazisində həmin avtomobildə hərəkətə üstünlük verməsi barədə deyilənlərdən də danışıb.
O qeyd edib ki, rayon ərazisində hərəkət üçün “NAZ Lifan” avtomobili almayıb:
“Belə bir planım da yoxdur. Mən üç aydır nə qonşu rayonlara, nə də Bakı şəhərinə gedirəm”.
İlhamə Əbülfət
Rəylər