Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Koronavirusdan sağalma hallarında artım müşahidə edilir - AÇIQLAMA
“Koronavirusa yoluxma halları, təəssüf ki, artmaqda davam edir”.
Oxu.Az xəbər verir ki, bunu İctimai İslahatlar Mərkəzinin eksperti, həkim Nabil Seyidov ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində çıxışı zamanı deyib.
O bildirib ki, bu gün yoluxma hallarının artımı bütün ölkələrdə müşahidə olunur:
“Hər bir ölkə müvafiq qaydada müşahidə aparır və artımın qarşısının alınması istiqamətində tədbirlər görməyə çalışır. Azərbaycanla yanaşı, qonşu ölkələrdə də məhdudiyyətlərin davam etməsinə baxmayaraq, yoluxma hallarının artdığını müşahidə edirik.
Amma ölkəmizdə yoluxma hallarının artımında stabillik var. Onunla paralel olaraq, sağalma hallarında da artım müşahidə edilir”.
Könül Cəfərli