Azərbaycanda daha bir həkim koronavirusun qurbanı olub.
Oxu.Az-ın məlumatına görə, həkim-pediatr Gülnarə Xəlilova ötən gün vəfat edib.
Mərhum “Xəzər” televiziyasının aparıcısı Yusif Kərimlinin bibisidir.
O bildirib ki, bibisi Gülnarə Xəlilova ötən gün Mərkəzi Neftçilər Xəstəxanasına vəfat edib:
“Dünən yazıq bibim bizə söz verdi ki, 10 gün dözə bilsə, virusa qalib gələcək. Amma bir gün də olsa, dözə bilmədi. Lənətə gəlmiş şəkər imkan vermədi. Özü neçə xəstə uşağı sağaltdı. Amma bu gün dünyaya gözünü yumdu”.
Qeyd edək ki, həkim-pediatr şəkər xəstəliyindən də əziyyət çəkirmiş.
Rəylər