Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Zaqataladakı olimpiya kompleksinin yararsız vəziyyətdə olmasına səbəb nədir? - RƏSMİ AÇIQLAMA
Sosial şəbəkələrdə Zaqatala Olimpiya İdman Kompleksinin təmirdən qısa müddət sonra yararsız vəziyyətə düşməsi barədə görüntülər paylaşılıb. Bildirilir ki, olimpiya kompleksi hazırda istifadəsiz, baxımsız qalıb.
Məsələ ilə bağlı Gənclər və İdman Nazirliyi ilə əlaqə saxladıq.
Qurumun Mətbuat katibi Səmayə Məmmədova Oxu.Az-a açıqlamasında bildirib ki, Zaqatala Olimpiya İdman Kompleksi Gənclər və İdman Nazirliyi tərəfindən inşa edilməyib:
“Zaqatala Olimpik” MMC adı ilə 2006-ci ildə 3 500 nəfər tamaşaçı yerli əsas stadion, 2008-ci ildə isə köməkçi stadion tikilərək istifadəyə verilib. “Zaqatala Olimpik” MMC 2015-ci ildə “Aqrarkredit” bank olmayan kredit təşkilatının balansına verilib. Tikildiyi dövrdən kompleksdə əsaslı təmir işləri görülməyib. 2012-ci ildə təmirə başlanılıb, lakin işlər yarımçıq qalıb. “Zaqatala Olimpik” MMC 2017-ci ilin iyul ayından Gənclər və İdman Nazirliyinin tabeliyinə verilib və “Zaqatala Olimpiya İdman Kompleksi” MMC kimi fəaliyyətə başlayıb. Kompleks 2017-ci ildə Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə görüntülərdə nümayiş etdirilən vəziyyətdə Nazirliyin balansına verilib”.
“Təhvil alındıqdan sonra Nazirlik obyektin əsaslı təmirə ehtiyacı olduğunu nəzərə alaraq, müvafiq qurumlara bununla bağlı təkliflər göndərib. Müvafiq qərar təsdiq edildikdən sonra nazirlik tərəfindən əsaslı təmir işlərinə başlanılacaq.
Məlumat üçün bildirək ki, Zaqatala OİK təsərrüfat hesablı olduğu üçün onun yalnız qismən saxlanılması (cari xərclər) dövlət tərəfindən idman qurğularının saxlanılması üçün nazirliyə ayrılan vəsait hesabına aparılır. Əlavə olaraq bildirilməlidir ki, olimpiya idman növləri üzrə məşqlər qurğuda pulsuz şəkildə aparılır”, - deyə, S.Məmmədova vurğulayıb.
İlhamə Əbülfət
"Zaqatala" teqi üzrə xəbərlər
- Küçədə arvadını döydü, qonşusunu bıçaqladı
- Zaqatalada məktəb PROBLEMİ: Şagirdlərin qarşısına İLANLAR ÇIXIR
- Eyni evdən iki itki: Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı HƏLAK OLDU
- 21 həftəlik hamilə qadın evdə abort etmək istədi, ölümdən döndü
- Albanların tikdiyi, pravoslavlara qismət olduğu deyilən məbəd: "Ev sahibi" indi göyərçinlərdir
Rəylər