Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Şahmar Mövsümov: “Büdcəyə təcili dəyişiklik etməyə ehtiyac duyulmur”
“Pandemiyaya görə dövlət büdcəsində təcili dəyişikliklərə ehtiyac yoxdur”.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bu gün Nazirlər Kabineti yanında operativ qərargahın birifinqində deyib.
Ş.Mövsümov bildirib ki, bu gün büdcənin icrasında heç bir çətinlik yoxdur:
“Büdcənin gəlir hissəsi profisitlə icra edilib. Ona görə də, bu gün büdcəyə təcili dəyişiklik etməyə ehtiyac görülmür. Lakin biz bu məsələyə yenidən baxacağıq”.
Könül Cəfərli
Ən çox oxunanlar
Rəylər