23 
İyl
2020
10:21
67
182
7871
Virtual karabakh

Bakıya sərnişin daşıyan sürücü sərt cəzalandırıldı - FOTO/VİDEO

23 İyl, 2020
10:21
7871

Bakıya sərnişin daşıyan sürücü sərt cəzalandırıldı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə karantin qaydalarını pozaraq Bakıya sərnişin daşımağa cəhd edən sürücü saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən xəbərə görə, araşdırma zamanı məlum olub ki, sürücü Rəşad Əliyev sərnişinlərin hər birindən on beş manat almaqla, idarə etdiyi “Mercedes” markalı mikroavtobusla onları Bakı şəhərinə aparacağına söz verib. 

Sürücü R.Əliyev barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, üç min manat məbləğində cərimə edilib.

Sərnişinlərə də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlara ciddi xəbərdarlıq edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri