31 
İyl
2020
15:21
21
232
3778
Virtual karabakh

Bu dəfə o keçmiş bayramlardan olmadı: Onlayn Qurban - FOTOREPORTAJ

31 İyl, 2020
15:21
3778

Bu dəfə o keçmiş bayramlardan olmadı: Onlayn Qurban - FOTOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

31 iyul-1 avqust tarixlərində Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən qurbanlıq qoyunların onlayn satışı təşkil olunub.

Oxu.Az xəbər verir ki, satış məntəqələri Bakı şəhərində doqquz, Sumqayıt şəhərində isə bir ünvanı əhatə edir. 

Vətəndaşlar satın almaq istədikləri qurbanlıq qoyunun dəyərinin bir hissəsini (20 AZN) əvvəlcədən onlayn sifariş zamanı ödəyiblər. Məbləğin qalan hissəsinin ödənişi isə satış məntəqəsindən qurbanlığı əldə etdikləri zaman həyata keçirilir.

Vətəndaşlara qurbanlıq qoyunlar çəkilərinə uyğun olaraq üç kateqoriyada təqdim olunub. Qurbanlığın dəyəri hər kq üçün 11.50 AZN-dən hesablanaraq ödənilir. Üç gün davam edən onlayn satış zamanı ümumilikdə 856 vətəndaş tərəfindən 1047 baş qurbanlıq qoyun sifariş edilib. 

Oxu.Az-ın fotoqrafı ət kəsimi məntəqələrində olaraq, prosesi kamerasının yaddaşına köçürüb:

Ramil Zeynalov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri