Sen
2020
15:02
95
792
23435
Virtual karabakh

Ramiz Mehdiyevin kürəkəni toy görüntülərinə görə Aysel Teymurzadəni ittiham edib - VİDEO

6 Sen, 2020
15:02
23435

Ramiz Mehdiyevin kürəkəni toy görüntülərinə görə Aysel Teymurzadəni ittiham edib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məlumat verdiyimiz kimi, Karantin rejimini pozaraq avqustun 18-də Novxanıda qızına toy edən və bu səbəbdən 15 sutka müddətinə inzibati qaydada həbs olunan sabiq deputat İlham Əliyev və onun qudası Rövşən Mustafayev bu gün azadlığa çıxıb.

Azadlığa çıxan sabiq deputat jurnalistlərin suallarına cavab verib. O, baş verənlərin səbəbkarı kimi Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadənin xanımı müğənni Aysel Teymurzadəni görərək tənqid edib:

“Filarmoniyanın direktoru Murad Adıgözəlzadənin yoldaşı Aysel Teymurzadə qərəzli videolar çəkərək müxalif sayta ötürüb. Sual yaranır ki, bunun səbəbi nədir? Mən bu barədə çox düşünmüşəm. Bu, Ramiz Mehdiyevə qarşı sabotajdır”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri