12 
Sen
2020
10:26
53
170
3448
Virtual karabakh

Azərbaycanda daha bir tarixi abidə dağılmaq üzrədir - FOTO

12 Sen, 2020
10:26
3448

Azərbaycanda daha bir tarixi abidə dağılmaq üzrədir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göygöl rayonunda unudulan daha bir tarixi abidə məhv olmaq üzrədir.

Bu barədə Oxu.Az-a sakinlər tərəfindən göndərilən məlumatda qeyd olunub.

Söhbət rayonun Yeni Zod kəndində, Cavadxan yüksəkliyində yerləşən Alban kilsəsindən gedir.

Dağılmaq üzrə olan kilsə təxminən 2109 metr yüksəklikdədir. Fotolardan kilsənin hansı vəziyyətdə olduğunu görmək mümkündür.

Kilsənin yerləşdiyi yüksəkliyi asfalt yoldan nə az, nə çox 6-7 kilometrlik məsafə ayırır. Tarixi abidənin nə üçün baxımsız qalması barədə isə heç bir məlumat yoxdur.

Ciddi tədbirlər görülməzsə, abidə həqiqətən də tarixə qovuşacaq.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri