Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Deputat Azərbaycanın “Facebook” və “Twitter”lə müqavilə bağlamasını təklif edir
Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Bəhruz Məhərrəmov sosial şəbəkələrlə bağlı təklif səsləndirib.
Oxu.Az-ın müxbiri xəbər verir ki, deputat Azərbaycanın “Facebook” və “Twitter”lə müqavilə bağlamasının zəruriliyini vurğulayıb.
“Müqavilə bağlandıqdan sonra, Azərbaycanın həmin sosial şəbəkələrin ofislərində nümayəndələri ola bilər və bir çox məsələlər tənzimlənər”, - deyə B.Məhərrəmov əlavə edib.
B.Məhərrəmov onu da qeyd edib ki, Azərbaycanın “Facebook” və “Twitter”dəki nümayəndələri komissar kimi də fəaliyyət göstərə bilər.
Aqşin Kərimov
"Milli Məclis" teqi üzrə xəbərlər
- Söyüdlü (Zod) qızıl yatağının hansı qaydada işlədiləcəyi müəyyənləşəcək
- Azərbaycanda sabiq deputat vəfat etdi
- Xalqa xidmətə həsr olunmuş ömrün daha bir ili
- "Azərbaycan multikulturalizmi: Təcrübə, ənənə və müasir çağırışlar" mövzusunda panel müzakirə keçirilib
- Din Xadimlərinin Forumunda panel müzakirə keçirilib
Ən çox oxunanlar
Rəylər