Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Emin Əmrullayev: “Azərbaycanda təhsil haqları 7000 manata qədərdir”
“Azərbaycanda təhsil haqları 900-7000 manata qədər dəyişir”.
Oxu.Az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, peşə ixtisaslarında bu rəqəm bir qədər aşağı ola bilər:
“Məqsəd daha çox tələbəni keyfiyyətli təhsilə cəlb etməkdir”.
E.Əmrullayev “Maarifçi” kredit fondunun pilot layihə olduğunu qeyd edib:
“Burada da mahiyyət eyni idi, amma fondun mexanizmi belə idi ki, kredit ali təhsil müəssisələrinin hesabına verilirdi. Orada təhsil alan tələbələr də az idi və bir neçə yüz nəfəri əhatə edirdi. “Maarifçi” kredit fondu bir müddət fəaliyyət göstərəcək, çünki tələbələr verilən kreditləri qaytarmalıdır”.
İlhamə Əbülfət
"Emin Əmrullayev" teqi üzrə xəbərlər
- Nazirlərlə görüşmək istəyən vətəndaşların nəzərinə: Yanvarda qəbul günləri açıqlandı
- Nazir valideyn və ya müəllimlər arasında olan münaqişələrdən DANIŞDI
- Nazir: "Məktəblərdə rüşvət halı ilə bağlı hər bir müraciət araşdırılır"
- Azərbaycanda neçə məktəb binası var? - Nazir AÇIQLADI
- Elm və təhsil naziri: "Azərbaycanda ümumilikdə məktəblərdə müəllim çatışmazlığı yoxdur"
Rəylər