İyl
2021
15:54
11
131
2506
Virtual karabakh

“Laborant reaktiv soyuducusunda qida saxlayıb” - Direktordan iddialara CAVAB

8 İyl, 2021
15:54
2506

“Laborant reaktiv soyuducusunda qida saxlayıb” - Direktordan iddialara CAVAB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda laborant Aynur Əsədli çalışdığı xəstəxana rəhbərindən narazıdır.

O, bu barədə sosial şəbəkələrdə məlumat yayıb.

Laborant iddia edib ki, institutun direktoru Həqiqət Qədirovanın təşəbbüsü ilə üç il əvvəl qurumun Kliniki-diaqnostika laboratoriyası şöbəsinə müdir təyin edilmiş Nuriyyə Səlimova bu günə qədər şöbənin bir sıra işçilərinə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qeyri-adekvat münasibət sərgiləyib:

O, çalışdığı Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda arzuolunmaz əmək şəraitinin mövcudluğundan təngə gəldiyini qeyd edib.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, laborant Aynur Əsədli dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, reaktivlər üçün nəzərdə tutulan soyuducudan şəxsi qidalarının saxlanılması məqsədilə istifadə edir:

“Sözügedən narazılıq da bundan qaynaqlanır. Çox təəssüf edirik ki, belə bir məsələyə görə institutumuzun adı hallanır. Aynur Əsədli iddia edir ki, ona qarşı ayrı-seçkilik olunur. Hətta bununla bağlı məhkəməyə də müraciət edib. İyulun 1-də Nizami Rayon Məhkəməsində onun şikayətinə baxılıb və şikayəti təmin olunmayıb. Sübut olunub ki, ona qarşı hər hansı ayrı-seçkilikdən söhbət gedə bilməz”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri