16 
Okt
2021
18:41
798
20
1224
Virtual karabakh

Vətən müharibəsi şəhidi Müşfiq İsmayılzadənin doğum günüdür - FOTO

44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz doğma torpaqlarına qovuşdu.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər.

Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də şəhid İsmayılzadə Müşfiq Xanlar oğludur. 

O, 1994-cü il oktyabrın 16-da Tovuz rayonunun Alakol kəndində anadan olub. 

2001-2005-ci illərdə Tovuz rayonunda Alakol kənd tam orta məktəbində, 2005-2009-cu illərdə isə Gəncə şəhərində İ.Nəsimi adına 44 nömrəli tam orta məktəbdə təhsil alıb.

Şəhidin əmisi oğlu İsmayıl İsmayılzadə bildirib ki, şəhid Müşfiq İsmayılzadə 2012-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub:

“M.İsmayılzadə Aprel döyüşlərinə də könüllü yazılıb, amma həmin vaxt çağırılmayıb. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb.

Şəhidimiz sonuncu dəfə atası və qardaşı ilə danışıb. O, bildirib ki, hər kəs özünə yaxşı baxsın və biz irəli gedirik. Müşfiq İsmayılzadə oktyabrın 1-də Murovdağ döyüşləri zamanı şəhid olub, Tovuz rayonunun Alakol kəndində dəfn olunub”.

Alakol kəndində Nurəddin Sadıqov adına məktəbdə şəhidin adına sinif verilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri